Azərbaycan Pakistandan bu hərbi təyyarələri ala bilər

  • 04.03.2021
  • 340 baxış
  • 0

Azərbaycan Pakistanla hərbi əməkdaşlığını genişləndirmək niyyətindədir. Pakistan ordusu çox güclü və son 10 ildə terrorla mübarizədə zəngin əməliyyat təcrübəsi əldə etmiş ordudur.

BAKU.WS xəbər verir ki, Pakistan istehsalı olan bəzi hərbi döyüş avadanlıqları var ki, Azərbaycan onu öz ordu arsenalına daxil etməkdə maraqlıdır.

İki ölkə arasında hərbi əməkdaşlığı dəyərləndirən ehtiyatda olan polkovnik, sabiq briqada komandiri Şair Ramaldanov ARB24-ə bildirib ki, Azərbaycan üçün hərbi, texniki və digər sahələrdə Pakistanla əməkdaşlıq önəmlidir:

"Əvvəla onu deyim ki, Pakistan dost dövlətdir, Azərbaycanı istəyən və dəstəkləyən ölkədir. Pakistanla hərbi sahədə də inkişafımızı genişləndirmək və daha da dinamik etmək Azərbaycanın marağındadır.

Ölkələrimiz arasında hərbi sahələrdə əməkdaşlıq bu günə qədər də olub. Pakistanın Azərbaycanda təlim təyyarəsi var və pilotlarımız bu yolla təlim keçirlər. Bu proses genişlənir. Azərbaycan Pakistanda istehsal edilən hərbi təyyarələrlə maraqlanır.

Pakistanın JF-17 təyyarələri 4+ müasirliyi ilə seçilir. Ölkənin istehsal etdiyi raketlər də bazarda ən müasirliyi ilə fərqlənir. Cənab prezidentin belə bir çıxışı var idi ki, Vətən Müharibəsi zamanı Azərbaycan öz dostlarını sınayıb. Bu gün biz öz proyektlərimizi həyata keçirmək, habelə silah almaq üçün həmin dost ölkələrə üz tutacağıq.

Pakistanın hərbi sənayə kompleksi ilə Azərbaycanın müdafiə sənayesi arasında birgə proyektlər hazırlanır. Birgə istehsalla bağlı müəyyən planlar ortaya çıxıb. Biz gələcəkdə bu istiqamətdə sevindirici xəbərlər alacağıq".

Nə düşünürsən?