Azərbaycan ordusunun Kəlbəcərə daxil olması “Haber Global”da

  • 25.11.2020
  • 1

27 ildən sonra Kəlbəcərin Azərbaycana təhvil verilməsi Türkiyə mediasında da işıqlandırılıb. “Haber Global”ın bu barədə videosunda Azərbaycan ordusunun Kəlbəcərə daxil olması əks etdirilir. Xatırladaq ki, noyabrın 10-da bağlanmış üçtərəfli müqaviləyə əsasən Ermənistan Kəlbəcəri noyabrın 15-də Azərbaycan ordusuna təhvil verməli idi. Lakin Ermənistanın xahişindən sonra bu müddət 10 gün uzadıldıqdan sonra bu gün Kəlbəcər Azərbaycana təhvil verilib.

Nə düşünürsən?