"Azərbaycan" gəmisi Bakıya qayıtdı

  • 09.05.2021
  • 0

"Azərbaycan" gəmisi ilk səfərini başa vuraraq Bakı limanına qayıdıb.

Unikal gəminin və onun peşəkar heyətini Bakı limanında ASCO-nun sədri Rauf Vəliyev qarşlayıb. Rauf Vəliyev "Azərbaycan" gəmisinin heyət üzvlərinə təşəkkürünü bildirib, onların səfər təəsüratlarını öyrənib. Rauf Vəliyev həmçinin, gəmidə dənizçilər üçün yaradılan şəraitlə yaxından tanış olub, gələcək səfərlərə dair öz tövsiyə və tapşırıqlarını verib.

Qeyd edək ki, "Azərbaycan" ASCO-nun sifarişi ilə Bakı Gəmiqayırma Zavodunda inşa olunan RoPax tipli ilk gəmi-bərədir. Müasir standartlara uyğun inşa olunan gəmi bu ilin martında Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə istismara verilib.Gəmi ilk səfərinə 7 may tarixində çıxıb və Qazaxıstanın Kurık limanına gedib. Növbəti səfər isə bu gün Türkmənistanın "Türkmənbaşı" limanına olacaq.

REAL

Nə düşünürsən?