AZƏRBAYCAN ƏSGƏRLƏRİ XANKƏNDİDƏDİR

  • 04.12.2020
  • 0

"Azərbaycan hərbçiləri Dağlıq Qarabağda rahatlıqla gəzib-dolaşırlar”. Bu barədə Dağlıq Qarabağda erməni "Enaket” analitik mərkəzinin təsisçisi və rəhbəri Tiqran Abramyan "Facebook” səhifəsində yazıb: "Azərbaycanlı hərbçilər çox asudə, rahat şəkildə Xankəndidə dollaşırlar. Onlar dükanlara, supermarketlərə girir, alış-veriş edirlər. Özlərini evlərindəki kimi hiss edirlər. Doğrudur, bunlar Rusiya sülhməramlıların müşayiəti ilə baş verir. Amma bu, mahiyyəti dəyişmir”. O, bütün baş verənlərdə Ermənistan Baş naziri Nikol Paşinyanı günahlandırıb.