Azərbaycan 220-dən çox rusiyalını vətəninə yola saldı

  • 04.06.2021
  • 0

Azərbaycan Rusiya vətəndaşlarının vətənlərinə geri dönməsi istiqamətində növbəti addımı atıb.

Unikal.org xəbər verir ki, bu barədə Rusiyanın Dağıstan Respublikasının milli siyasət və dini məsələlər naziri Enrik Müslümov məlumat verib.

Onun sözlərinə görə, bu gün 228 Rusiya vətəndaşı “Samur” (Azərbaycan Respublikası) – “Yaraq-Qazmalar” (Rusiya Federasiyası) buraxılış məntəqələri ərazisindən vətənlərinə dönüblər.

“Yalnız 15 nəfər Dağıstan sakinidir, onlar bölgədə qaldılar. Digələri Rusiyanın müxtəlif regionlarının sakinidir”,- deyə Müslümov əlavə edib.

Nə düşünürsən?