AZAL İstanbul və Ankaraya uçuşları dayandırır

  • 28.04.2021
  • 0

"Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakıdan Türkiyənin İstanbul və Ankara şəhərlərinə uçuşları müvəqqəti dayandırır.

Bunu APA TV-yə AZAL-ın prezidentinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənski deyib. 

Onun sözlərində görə, Bakı-İstanbul-Bakı 29 aprel – 16 may 2021-ci il tarixlərinə və Bakı-Ankara-Bakı 29 aprel – 13 may 2021-ci il tarixlərinə olan reyslər ləğv edilir.

Bununla yanaşı, Bakı-Antalya-Bakı 12 may 2021-ci il tarixli reysi də ləğv olunub.

Qeyd edək ki, buna səbəb sərnişin axınının aşağı olmasıdır.

Nə düşünürsən?