AZAL-da ilk qadın pilotlar işə başladı

  • 17.06.2021
  • 0

"Azərbaycan Hava Yolları" aviaşirkətində ilk qadın pilotlar işə başlayıb.
Yenisabah.az xəbər verir ki, bununla bağlı ictimaiyyətə təqim olunan videoda AZAL-ın pilotu olmağı hədəfləyən cəsarətli və ürəkli xanımların hekayəsinin yalnız kiçik bir hissəsini göstərilir. 
"Bu xanımlar uzun və çətin bir yol keçdilər: bu peşənin əsaslarını Azərbaycan Milli Aviasiya Akademiyasında öyrəndilər, bütün imtahanları əla qiymətlərlə verdilər və yekun praktik sınaqlardan uğurla keçdilər.
Bu gün bu gözəl qadınlar hava gəmilərində daxili və beynəlxalq uçuşları həyata keçirən AZAL-ın yüksək səviyyəli pilotlarıdır.
Biz həmkarlarımızla fəxr edir və onlara hər zaman açıq səma və yumşaq enişlər arzu edirik!"

Nə düşünürsən?