Avropa İttifaqının tənqid edilən addımı

  • 17.04.2021
  • 0

Avropa İttifaqının Azərbaycandakı fəaliyyətinə son qoyula bilər. Beynəlxalq təşkilatın bundan sonra ölkəmzidə fəaiyyəti lüzumsuz hesab edilir.

Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaarın Ermənistana səfəri çərçivəsində özünü dırnağarası “xarici işlər naziri” kimi qələmə verən, qanunsuz rejimin nümayəndəsi David Babayan ilə görüşdə Qarabağda yaranmış humanitar vəziyyət, əsirlərin qaytarılması barədə danışıması, Minsk Qrupu çərçivəsində danışıqların bərpasını gündəmə gətirməsi sülhə təhdidir.

Nəzərə alsaq ki, Avropa İttifaqı Ermənistanın 30 ilə yaxın işğalı dövründə də, 44 günlük Vətən müharibədən sonra ən zəif beynəlxalq oyunçu rolunu oynadı. Baxmayaraq ki, vaxtı ilə Ermənistan, Gürcüstan və Azərbaycanla bağlı "Şərq tərəfdaşlığı" proqramını irəli sürmüşdü. Bu cəhdlər ittifaqın Cənubi Qafqaz üzrə xüsusi nümayəndələrinin ara-sıra sıradan verdikləri bəyanatlardan ibarət oldu və beləcə Brüssel üzərinə götürdüyü öhdəiyi tam olaraq yerinə yetirə bilmədi.

Artıq Ermənistan-Azərbaycan münaqişəsi artıq başa catıb. Qondarma rejim də heç vaxt olmayıb, belə bir qurumu beynəlxalq təşkilatlar da tanımayıb. Bəs Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini bu məsələləri müzakirə etməsinin səbəbi nə idi?

Postmüharibə dövründə belə təmasları Azərbaycan absurd hesab edir. Politoloq Elxan Şahinoğlunun sözlərinə görə, nəzərə alsaq ki, bizim Avropa İttifaqı ilə mühüm enerji layihələrimiz var, o zaman bu görüş rəsmi Bakı ilə razılaşdırılmalı idi.

Qeyd edək ki, Avropa İttifaqının Cənubi Qafqaz üzrə nümayəndəsi postunu tutanlar ilk dəfə deyil ki, regionun problemlərinə bu cür yanaşma nümayiş etdirirlər. 2017-ci ildə Avropa İttifaqının Cənubi Qafqaz üzrə nümayəndəsi olan almaniyalı Her-bert Zal-ber də analoji addım ataraq İrəvanda dünyanın qəbul etmədiyi qondarma rejimin nümayəndəsi ilə görüşmüşü.

Nə düşünürsən?