"Artilleriya qoşunları da döyüş hazırlığını davam etdirir"

  • 09.02.2021
  • 204 baxış
  • 0

Vətən Müharibəsi bitdikdən sonra da Müdafiə Nazirliyi tərəfindən təsdiq olunmuş döyüş hazırlığı planına uyğun olaraq daimi dislokasiya məntəqələrində və işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Ordusu yerləşərək döyüş hazırlığı ilə məşğul olur. Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi Anar Eyvazov deyib. O bildirib ki, artilleriya qoşunları da eyni qaydada döyüş hazırlığını davam etdirir: “Qoşunlar yüksək texnoloji silahları mənimsəyir. Şəxsi heyətə həmin silahlar praktiki şəkildə öyrədilir”.

Nə düşünürsən?