Ana körpəni vəhşicəsinə döydü

  • 16.02.2021
  • 0

Rusiyada qadının serebral iflicdən əziyyət çəkən uşağı vəhşicəsinə döyməsinin görüntüləri yayılıb.

REN TV-nin məlumatına görə, hadisə Krasnoyarsk diyarında baş verib.

Videoda qadının söyüş söyərək uşağı döydüyü və qolunu sındıracağı ilə hədələdiyi görünür. Həmçinin uşağı zorla butulkadan içməyə məcbur edir.
 
Kadrlar sosial şəbəkədə şok effekti yaradıb. İstifadəçilər qadının analıq hüququndan məhrum edilməsini tələb ediblər.

Nəşrin məlumatına görə, uşağın anası Yekaterina F. bundan əvvəl böyük qızına görə valideynlik hüququndan məhrum edilmişdi. Onun kiçik övladı isə ağır travmalarla xəstəxanaya yerləşdirilib.

Məlumata görə, o, bir yerdə yaşadığı kişi ilə içki məclisləri düzəldir və uşaqları ac saxlayırdı.

Nə düşünürsən?