amazan ayında insan nəfsi, iman və iradə saflaşır

  • 11.05.2021
  • 0

Aparıcı: Ramazan bayramı müsəlmanların ən əziz günüdür. Ruhani tanışlarım yəqin məni qınamaz, əgər desəmki Ramazan Qələbə bayramıdır. Nəyə görə belə dediyimi qısaca izah edim. İnsanın özünə ən böyük düşməni elə özü ola bilər. Bizi bu dünyaya bağlayan bizim canlı olduğumuzu bəlli edən görk etdirən birinci növbədə nəfsimizdir. Eyni zamanda nəfsimiz həm də, başımıza bəlalar gətirə bilər. Kiməsə bəd nəzərdən, bəd niyyətdən, pis nöqtədən baxanda, onu xəlvətdən seyr edib öyrənəndə birinci növbədə həmin adamın nəfsini nəzərə alırlar. İnsanın nəfsi başqasına məlum oldu, deməli onu tələyə salmaq, məhvə yönəltmək çox asan olacaq. 

REAL