Almaniya mətbuatı qələbəmizi həzm etmir

  • 31.03.2021
  • 0

Erməni KİV-nə istinad etmə alman mətbuatının ermənipərəstliyinin sübutudur.

Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm qələbəni qərb mediasinda hələ də həzm edə bilmirrlər.

Azərbaycana qarşı qeyri adekvat movqe numayişinə 44 gün ərzində Fransa mediası başçılıq etsə də, onu Belçika, Niderland, Yunanıstan, Avstriya, Almaniya kimi ölkələr də təqib etdilər. Həmin bu ölkələrdə hökm sürən ifrat islam və türk düşmənçiliyi artıq bütün sərhədləri aşaraq, yalana böhtana keşməyə başladı.

Son günlərdə Almaniya mediyası əsassız faktlar ilə Azərbaycan əleyhinə mövqe numayiş etdirir. Bu da təbii olaraq Azərbaycanın Almaniyadakı diasporasini ciddi narahat edir. Alman Azərbaycan Mədeniyyət evi hazırkı vəziyyət ilə əlaqədar alman rəsmlərinə müraciətlər edib.

Alman Azərbaycan Mədəniyyət Evinin həmsədri Altay Rüstəmlinin sözlərinə görə, alman mediasınin Azərbaycana qarşı əsassız qərəzli mövqeyi bu mətbuatın Almaniyada fəaliyyət göstərən “Hay press” kimi erməni saytına istinad etməsi məhz onların ermənpərəs olduqlarının bariz sübutudur. Buna görə də Azərbaycanin Almaniyadakı diasporası gələcəkdə məhz bu sahədəki boşlugu doldurmaq niyyətindədir.

REAL

Nə düşünürsən?