Aleksandr Ata sabah dəfn ediləcək

  • 12.06.2021
  • 0

Yeparxiyanın arxiyepiskopu Birinci Fəxri Xiyabanda torpağa tapşırılacaq

Tanınmış din xadimi, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşeinin Birinci Fəxri Xiyabanda dəfn olunacaq. Aleksandr Ata ilə vida mərasimi sabah iyunun 13-də keçiriləcək və vida mərasimindən sonra o, dəfn ediləcək.

Bakı və Azərbaycan Yeparxiyasının yepiskopu Aleksandr İşeinin səlahiyyətlərini müvəqqəti olaraq Fiopelak Deniz Kuryanoviç icra edəcək. Bakıya gələn arxiyepiskopu Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə qəbul edib.

Qeyd edək ki, Aleksandr İşein iyunun 10-da uzun sürən ağır xəstəlikdən sonra dünyasını dəyişib. O, Rus Pravoslav Kilsəsinin qərarı ilə 1998-ci ildə Bakı və Xəzəryanı Yeparxiyanın, 2011-ci ildə Bakı və Azərbaycan Yeparxiyasının yepiskopu seçilib, daha sonra arxiyepiskop dini rütbəsinə layiq görülüb. Arxiyepiskop Aleksandrın din xadimi kimi səmərəli fəaliyyəti yüksək qiymətləndirilib və o, 2002-ci ildə “Şöhrət” ordeni, 2012-ci ildə “Dostluq” ordeni və 2015-ci ildə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

REAL

Nə düşünürsən?