Ağır yaralansa da, şəhid yoldaşını özü ilə daşıyan qəhrəmanımız

  • 11.11.2020
  • 0

22 yaşlı gizir Xanoğlan Mikayılov. Füzuli, Hadrut, Cəbrayıl, Qubadlı və Laçın döyüşlərinin qəhrəmanlarından biri. Laçının kəndlərindən birində yüksəkliyə bayrağımızı sancdıqdan sonra döyüşdə ağır yaralanıb. Demokrat.az-ın xəbərinə görə, qəhrəmanımız Laçın istiqamətində gedən döyüşlərdə əvvəlcə ayağından, sonra qolundan yaralanır. Lakin Xanoğlan, şəhid yoldaşını tərk etmir. Yaralı halda, şəhidimizi döyüş meydanından çıxarmağı bacarır.

Nə düşünürsən?