Ağır xəstəlik Azərbaycan sərhədində

  • 06.06.2021
  • 0

İlk dəfə Hindistanda ortaya çıxan "qara göbələk" xəstəliyi Pakistan, Braziliya, Rusiya və Banqladeşə də yayılıb.

Qara göbələk kimi tanınan və göz xəstəliyi olan mukormikoz hallarının artması narahatlığa səbəb olub.
İlk məlumata görə, "qara göbələk" epidemiyası daha çox koronavirus xəstələrinə təsir edir. Mütəxəssislər xəstələrin təxminən 60 faizinin sözügedən epidemiya səbəbilə bir və ya hər iki gözlərini itirdiyini açıqlayıb.

Çünki bu göz xəstəliyi ilə mübarizə çərçivəsində həkimlər xəstələrin gözlərini cərrahi yolla çıxarmalıdırlar.
Mütəxəssislər ölümcül ola biləcək göbələk xəstəliyinin yayılmasının qarşısını almaq üçün xəstəliyi keçirən şəxsin bir gözünün cərrahi yolla götürülməsinin vacibliyini vurğulayır.

Hindistanda on minlərlə xəstədə görülən bu xəstəlik artıq ətraf ölkələrə yayılmış olsa da, mütəxəssislər "qara göbələyə" qarşı ən həssas qrupu açıqlayıblar. Diabet xəstələri xüsusi risk qrupunda görülür.
Manşester Universitetinin müəllimi David Denning bildirib ki, mukormikozun diabetlə güclü əlaqəsi var.

Pakistanda son həftələrdə beş mukormikoz hadisəsi qeydə alınıb, mayın 12-nə qədər isə dörd nəfər vəfat edib. Braziliyada bu günə qədər 29 belə hadisə müəyyən edilib. Bu xəstəliklə son vaxtlar qarşılaşan ölkələr arasında Rusiya da var.
Banqladeşdə həkimlər təsdiqlənmiş mukormikoz hadisəsini müalicə etməyə davam edirlər.

Üzdəki şişlik və qara lezyonlar infeksiya əlamətlərindəndir. Bəzi mənbələrdə tündləşmə və ya rəng dəyişikliyi, bulanıq və ya ikiqat görmə, sinə ağrısının da xəstəliyin əlaməti ola biləcəyi irəli sürülür.
İnfeksiya yara və ya tənəffüs vasitəsilə qana daxil olur.

"Qara göbələk" xüsusilə COVID-19-a yoluxan xəstələrə zərər verir. Koronavirusdan sağalan xəstə "qara göbələk" səbəbindən ölə bilər.
Səhiyyə işçiləri "qara göbələk" infeksiyalarının müalicəsi üçün lazım olan "amfoterisin B antifungal" dərman çatışmazlığı barədə xəbərdarlıq edirlər.///publika.az

Nə düşünürsən?