Ağdama həyat qayıdır...

  • 29.05.2021
  • 0

"Biz elə bir şəhər quracağıq, elə bir Ağdam quracağıq ki, bütün dünya üçün örnək olacaq”.

Prezidentin bu sözləri deməsi təsadüfi deyildi. Çünki Ağdam işğaldan azad edilmiş şəhərlər arasında ilk bərpa olunacaq şəhərdir. Üstəlik Prezidentin çıxışının Respublika Gününə təsadüf etməsi də, zaman və məkan anlayışının uğurlu seçimindən xəbər verir.

Həmin gün həm də Ağdamın baş planı təqdim olunub.

Ağdamda, o cümlədən işğaldan azad olunmuş digər ərazilərimizdə bərpa və yenidənqurma prosesləri intensiv mərhələyə qədəm qoyub. Ağdam rayonunun Baş Planının təsdiq olunması, burada sənaye parkının əsasının qoyulması, ağıllı şəhər və ağıllı kənd modellərinin istifadə edilməsi, buranın qısa zamanda bərpası, eyni zamanda iqtisadiyyatının inkişafından xəbər verir.

Bu isə o deməkdir ki, işğaldan azad edilmiş ərazilərimiz enerjiyə olan tələbatını alternativ enerji mənbələri hesabına həyata keçirəcək və nəticə etibarilə biz yaşıl zonanın Qarabağda formalaşmasını təmin edəcəyik. Bu isə həmin ərazilərdə tətbiq olunan modelin gələcəkdə digər ərazilərimizə transfetrinə imkan yaradacaq.

Nə düşünürsən?