Ağdam şəhərinin baş planı hazırlanır

  • 20.03.2021
  • 0

Bərpa işləri təkcə Ağdamda deyil, bölgədə iqtisadi proseslərə təkan verəcək
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şuşada Cıdır düzündə Novruz bayramı ilə bağlı müraciəti zamanı dedi: “Birinci növbədə, Ağdam şəhərinin və Ağdam rayonunun bütövlükdə baş planı hazırlanır, onun ilkin versiyası mənə təqdim edildi. Mənim tapşırıqlarımı nəzərə almaq şərtilə indi bunun üzərində iş gedir və yaxın gələcəkdə baş plan təsdiq olunacaq. Ondan sonra bərpa işləri azad edilmiş bütün torpaqlarda başlanacaq”.

Deməli, bu işlər Azərbaycanın bu bölgəsində iqtisadi proseslərə təkan verəcək.

Ağdamın və digər rayonların yenidən qurulması, bərpa prosesi təkcə Azərbaycan üçün deyil, Qafqaz regionu üçün yeni imkanlar yaradır. Çünki azad olunmuş torpaqların coğrafi mövqeyi də burada böyük rol oynayacaq

Belə nəticə çıxır ki, azad olunmuş ərazilər yeni reallıqlar yaradıb, Bu reallıqlar iqtisadiyyatın bütün sahələri, turizm, nəqliyyat, istehsal, hasilat və digər istiqamətlərin yenidən yaradılması deməkdir. Necə ki artıq proseslərə başlanılıb və on illiklər ərzində ölü zonaya çevrilmiş bölgənin gələcəkdə azərbaycan iqtisadiyyatında payının yaranmasına səbəb olacaq.

REAL

Nə düşünürsən?