Adını tarixə yazdıran dövlət başçısı

  • 11.04.2021
  • 0

Azərbaycan Prezidenti İlham Əliyevin seçkilərdə növbəti dəfə qalib gəlməsindən 3 il ötür.

Ümumiyyətlə, Dövlət başçısı 17 illik fəaliyyəti dövründə Azərbaycanın milli maraqlarını hər zaman ön sıralarda tutub, ölkəmizin siyasi, sosial inkişafını beynəlxalq platormalarda təbliğ edib. Amma 2018- ci aprelin 11-də seçkidə qalib gəldikdən sonra Azərbaycanın həyatı dəyişdi. Dövlət başçısı yeniliklərə şəhid ailələrinə birdəfəlik müavinətlər ödəməklə başladı. Bundan sonra yerlərdə və icra strukturlarında, məhkəmə-hüquq sistemində islahatlar apardı. Korrupsiyaya qarşı mübarizə sahəsində tədbirləri gücləndirdi. Nöqsanların aradan qaldırılması istiqamətində addımlar atdı.

Prezidentin istiqamət fəaliyyətlərindən biri də beynəlxalq əlaqələrlə bağlı oldu. Valday forumu, Münxen Təhlükəsizlik konfransı, Davos iqtisadi forumu kimi beynəlxalq tədbirlrdə çıxış edən Dövlət başçısını fəaliyyətinin mərkəzində Qarabağ dayanırdı. Hər şey də “Qarabağ Azərbaycandır nida!” deməklə başladı.

Beynəlxalq tribunalarda Ermənistanın baş naziri Nikol Paşinyanı tarixi faktlar qarşısında qoyması ilə də diqqət çəkdi. Bu, təkcə ölkəmizdə deyil, dünya mətbuatında manşet oldu. Azərbaycanın işğaldan azad olunan torpaqlarını geri qaytarmaq üçün silahn arsenalını zənginləşdirdi. 2020-ci il sentyabrın 24-də 44 günlük Vətən müharibəsində sərkərdə gücünü ortaya qoydu.

Dəmir yumruğu işə salan Prezident İlham Əliyev “Qarabağ Azərbaycandır” deməklə Qarabağ probleminə nöqtə qoydu.

REAL

Nə düşünürsən?