ADA 15 yaşında

  • 06.03.2021
  • 0

Universitet yubileyini qeyd edir
ADA Universiteti — Azərbaycanda təhsilin keyfiyyəti ilə fərqlənən ali təhsil müəssisəsidir. Universitetin tarixi 2006-cı ildən başlayır. Həmin ilin martında Azərbaycan Xarici İşlər Nazirliyinin nəzdində Azərbaycan Diplomatik Akademiyası adı altında ali təhsil müəssisəsi yaradılıb

Əsas məqsədi diplomatiya, ictimai münasibətlər, biznes, informasiya texnologiyaları və sistem mühəndisliyi üzrə qlobal liderlər hazırlamaqdır. Akademiyanın əsasını qoyan Azərbaycan Xarici İşlər Nazirinin müavini və Azərbaycanın ABŞ-dakı sabiq səfiri rektor, Hafiz Paşayevdir. ADA universitetində təkcə Azərbaycandan olan tələbələr deyil, həm də digər ölkələrdən gənclər təhsil alır. Bu Azərbaycanın təhsil ocağının keyfiyyətli və ixtisaslı tədrisindən xəbər verir.

ADA əsasən "Green and Smart" kampusunda yerləşir. 2009-cu ildən magistr pilləsi, 2011-cu ildən bakalavr pilləsində ali təhsil verir.

Hazırda, universitetin nəzdində 4 institut fəaliyyət göstərir. Bunlar İctimai və Beynəlxalq Münasibətlər İnstitutu, Biznes İnstitutu, İnformasiya Texnologiyaları və Mühəndislik İnstitutu, Təhsilin İdarə Edilməsi İnstitutudur.

Nə düşünürsən?