Abşeron RİH-də daha iki qaziyə vəzifə verilib

  • 19.02.2021
  • 0

Ölkə başçısının “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” fərmanda dəyişiklik edilməsi haqqında” fərmanina əsasən, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı aparatında yeni yaradılmış Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri vəzifəsinə təyinat olub.

Bu barədə Şəhər icra başçısı İradə Gülməmmədova müvafiq əmr imzalayıb. Belə ki, Kərim Kərimov Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Aparatında yeni yaradılmış şöbənin müdiri, Emil Tağıyev isə həmin şöbəyə baş məsləhətçi təyin edilib.

Onlar hər ikisi vətən müharibəsi iştirakçılarıdır.

Kərim Kərimov Füzuli,Cəbrayıl, Xocavənd, Hadrut və Şuşa istiqamətində gedən döyüşlərdə iştirak edib. O əlahiddə minaatan batareyanın baş tuşlayıcısı olub.

Bundan başqa İsmayıllı rayon icra hakimiyyəti və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbələrinəə müvafiq təyinatlar olub.

Qeyd edək ki, icra hakimiyyətlərində Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili ilə bağlı şöbənin əməkdaşları vətən müharibəsinin iştirakçıları arasından seçilir.

 

Nə düşünürsən?