61 yaşlı naxçıvanlı maşinist Bakıya gələcəyi günü gözləyir

  • 23.11.2020
  • 0

Qarabağ artıq Azərbaycanındır. Azərbaycan ordusunun qazandığı qələbədən sonra bütün diqqət yenidən Azərbaycan-Naxçıvan arasında dəmiryolxəttinin nə zaman fəaliyyətə başlayacağındadır. Bunu hər kəsdən çox gözləyən isə 42 ilə yaxındır Culfa Lokomotiv deposunda çalışan 61 yaşlı naxçıvanlı maşinist Abuzər Tahir Rızaoğludur. 42 ildir həyatını işinə həsr edən Abuzər bəy deyir ki, bu qatarla o, ömrünün ən gözəl illərini yola salıb. Culfa Lokomotiv deposundan stansiyaya çıxan Abuzər bəyin sözlərinə görə, illərdir bir tərəfində kəndlər, bir tərəfində Araz çayının mənzərəsi insanı valeh edir: "Gecəmiz-gündümüz olmur. Gecə saat 02:00-da daişə çağırsalar, gəlirdik”. O deyir ki, 1991-ci ildə ermənilərin yolu bağlaması onlar üçün çox çətinlik yaradıb. Onun sözlərinə görə,Azərbaycan-Naxçıvan arasında dəmiryolaçılsa, ilk olaraq özü gedəcək. Həmin videonu təqdim edirik:

Nə düşünürsən?