6 iyuna olan hava ilə bağlı son xəbərdarlıq!

  • 05.06.2021
  • 0

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var.
 
Milli Hidrometeorologiya Xidmətindən APA TV-yə verilən məlumata görə arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq. 

Havanın temperaturu gecə 15-20 dərəcə isti, gündüz 25-28 dərəcə isti, Bakıda gecə 18-20 dərəcə isti, gündüz 26-28 dərəcə isti olacaq. Atmosfer təzyiqi norma daxilində 759 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 60-70 , gündüz 40-45 faiz olacaq.

Azərbaycanın rayonlarında əsasən şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 16-21 isti, gündüz 27-32 isti, dağlarda gecə 8-13 isti, gündüz 15-20 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza görə, iyunun 06-da gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Nə düşünürsən?