30 il sonra görün bacısını haradan tapdı

  • 21.05.2021
  • 0

Xəzər telekanalında yayımlanan "Səni axtarıram" verilişində kövrək anlar yaşanıb.

BiG.AZ Sonxeber.az-a istinadən xəbər verir ki, verilişə müraciət Təranə adlı qadın 30 il öncə ölkədən gedən bacısının axtarışına çıxıb.

Belə ki, Türkmənistanda tapılan bacısı bildirib ki, " Mən 1984-cü ildə Türkmənistana gəzməyə gəldim. Burada həyat yoldaşımla tanış oldum. O, mənə evlənmə təklifi etdi. Mən də etriaz etmədim. Biz ailə qurduq. 1985-ci ildə ilk övladımızn qızım dünyaya gəldi. Mən qızımla birlikdə vətənimə getdim. Bir həftə qalıb geri qayıtdım. 1987-ci ildə ikinci qızım dünyaya gəldi. Mən yenə övladlarımı götürüb Bakıya getdim. Azərbaycana sonuncu gedişim isə 1989-cu ildə oldu. Oğlum doğulduqdan sonra mənə 3 uşaqla gedib-gəlmək çətin oldu. 1991-ci ilə qədər ailəmlə yalnız telefon vasitəsi ilə əlaqə saxladım. Sonra telefon nömrələrini də itirdim. Beləliklə, bütün əlaqələrimiz kəsildi. Artıq 30 ildir ki, onların taleyindən xəbərsizəm. Məni axtardıqlarını eşidəndə çox sevindim".

Nə düşünürsən?