3 “COVID-19“ xəstəsinə cinayət işi açıldı

  • 10.04.2021
  • 0

Sumqayıt şəhərində polis əməkdaşları tərəfindən 6 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıblar.

Polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə həmin şəxslər yaşadıqları evə qaytarılıblar, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Həmin şəxslərdən 3-ü barəsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. Digər 3 nəfər barəsində isə istintaq araşdrımaları davam etdirilir.

Qeyd edək ki, özünütəcrid qaydalarını pozan bu virusun daşıyıcıları barəsində polis orqanları tərəfindən bundan sonra da ciddi tədbirlər görüləcək.

Nə düşünürsən?