28 marta olan hava durumu

  • 28.03.2020
  • 0

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman, axşam çiskin olacağı ehtimalı var. Şimal küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 5-9, gündüz  13-17, Bakıda  gecə 6-8, gündüz 15-17 dərəcə isti olacaq.

Rayonlarda arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gecə və səhər duman olacaq, şərq küləyi əsəcək.

Havanın temperaturu  gecə 4-9, gündüz  13-18 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək  isti, gündüz  3-7 dərəcə isti olacaq.

Nə düşünürsən?