25 yanvar və 5 noyabr "Daşaltı əməliyyatı": 29 ilin fərqi

  • 25.01.2021
  • 0

Qarabağın qədim kəndi olan Daşaltıdayıq. 29 il əvvəl bu kənddə tariximizin qanlı səhifəsi yazılıb. Həmin hadisənin ildönümü üçün buradayıq. İlk dəfədir məşum ''Daşaltı əməliyyatı''na qalib bir xalqın gözü ilə, öz acı keçmişinə baxırmış kimi baxırıq... Şuşanın mərkəzindən təxminən 3 kilometr cənubda, Cıdır Düzündən aşağıda, Daşaltı çayının sahilində yerləşir bu kənd. Daşaltı Şuşa qalasının bina olduğu nəhəng qayalığın altında yerləşdiyindən belə adlanır. Şuşalılar Cıdır düzündən Daşaltı çayının sahilinə enən cığıra "Qırx pilləkən" deyir. 10 otaqlı "Xəzinə-qala"da buradadır. Böyük Daşaltı mağarasının bir hissəsi olan bu mağarada ölkəmizin 30 illik işğal dönəmizndə bizdən oğurlanan tarixi var. Ermənilər ötən illər ərzində saxta "arxeoloji qazıntılar" aparıb bu yerləri özlərinə aid etmək istəsələr də, bir şey alınmayıb. Bu yerlər, bu yerlərin hər daşı, cığırı, mağarası bizimdir.

Nə düşünürsən?