20 maşın toqquşdu: Şok görüntülər

  • 21.02.2021
  • 0

Tayvanda zənciravi yol qəzası baş verib.

Bu barədə Oxu24.com “TASS”a istinadən xəbər verir.

Qeyd olunub ki, 20 avtomobilin iştirakı baş verən yol-nəqliyyat hadisəsi zamanı iki nəfər ölüb, səkkiz nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Tayvanın qərbində yerləşən sürətli yolda qatı duman səbəbindən 13 avtomobil və yeddi yük maşını bir-birinə dəyib.