100-dən çox gömrük əməkdaşı işdən qovuldu

  • 19.12.2018
  • 0

100-dən çox gömrük əməkdaşı korrupsiya ilə əlaqədar işdən azad edilib.

Bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev deyib.Onun sözlərinə görə, aparılan araşdırmalar zamanı cinayət tərkibli olan faktlar da aşkarlanıb.

Səfər Mehdiyev qaçaqmalçılıqla mübarizə tədbirlərindən də danışıb. O, qeyd edib ki, il ərzində bu cür faktlarla bağlı 500-dən çox cinayət işi başlanılıb. Görülən tədbirlər nəticəsində 1,2 ton narkotik vasitə müsadirə olunub. Komitə sədri 2019-cu ildə gömrük sahəsində həyata keçiriləcək yeniliklərdən də söz açıb və gələn il bu sahədə ciddi islahatların aparılacağını deyib.

Səfər Mehdiyevin sözlərinə görə, Gürcüstan və İranla yeni gömrük-keçid məntəqələrinin yaradılması ilə bağlı da danışıqlar davam etdilir. Danışıqlar gələn il daha da sürətləndiriləcək.

Nə düşünürsən?