Kafe və restoranlar nə zaman açılır?

  • 25.04.2020
  • 0

Kafe və restoranların fəaliyyəti karantin qaydalarının yumşaldılmasının ikinci mərhələsində bərpa oluna bilər. BAKU.WS-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın toplantısında İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib. O qeyd edib ki, iaşə obyektləri fəaliyyətini bərpa etdikdən sonra sanitar qaydalara ciddi əməl etməlidir. Əməkdaşlar maska və əlcəklərdən mütləq şəkildə istifadə etməli, masalar arası məsafələr nəzərə alınmalıdır.

Nə düşünürsən?