Azərbaycanlı mühəndislər süni nəfəs aparatı hazırladı

  • 23.04.2020
  • 0

Azərbaycanlı gənc mühəndislər 2 növ suni nəfəs aparatı hazırlayıblar. Hər iki avadanlığın əsas detalları da Azərbaycanda istehsal edilib. Üstəlik avandlıqların hazırlanmasında həkimlər də iştirak edib və müsbət rəy veriblər. Mühəndislərin sözlərinə görə, ehtiyac olacağı təqdirdə bu qurğularınkütləvi istehsalı da həyata keçirilə bilər. Gənc mühəndislər əşyalarda mikrobları öldürən avadanlıq da hazırlayıblar. Ölçüləri çox kiçikdir və avtomatik qaydada çalışaraq xəstəni suni nəfəslə təmin edə bilir. Ən böyük üstünlükləri isə bütün hissələri ilə Azərbaycanda hazırlanmasıdır. Hər iki suni nəfəs aparatı gənc mühəndislər tərəfindən Azərbaycanda düzəldilib. Oksigen balonuna qoşulan avadanlıq mütəmadi olaraq xəstəni təmiz hava ilə təmin edə bilir. Mühəndislər tərəfindən hazırlanan digər suni nəfəs aparatının böyük üstünlüyü isə əksər hissəsinin 3 D printerlə ölkəmizdə hazırlanması və üzərində tənzimləyicinin olmasıdır. Mühəndislər avadanlığın sonluğuna bağladıqları rezin əlcəklə qoşulduğu xəstənin ciyərinin necə işlədiyini də əyani şəkildə göstərə bilirlər. Hər iki avandanlığın hazırlanmasında həkimlər də iştirak edib və eyni zamanda mütəxəssislər tərəfindən də avadanlığa baxış keçirilib. Eyni zamanda mühəndislər tərəfindən ultrabənövşəyi şüalarla telefon və digər əşyalarda olan mikrobları öldürən cihaz da hazırlanıb ki, tələb olacağı təqdirdə bu avadanlığı da istənilən ölçüdə və sayda istehsal etmək mümkündür.

Nə düşünürsən?