Qayda-qanunları heçə sayanların görmədiyi ÖLÜM

  • 22.04.2020
  • 0

Daha bir qəza, daha bir qayda pozuntusu və ölüm. Sürətlə hərəkət edən “VAZ” markalı avtomobilin sürücüsünün qayda pozaraq svetoforun qırmızı işığıdan keçməsi iki nəfərin ölümünə səbəb oldu. Bəzi insanlar qınayır bizim avtoxuliqanlığa, qayda pozanlara qarşı apardığımız mübarizəni. Anlamırlar ki, biz təhlükəsiz yol, ölümsüz ötüşən günlər üçün edirik bunu. Ələxsus da gənclər anlamırlar. Sanki onların əlindən maraqlarını, sevdikləri oyuncağı alırıq. Ancaq elə deyil. Biz onlara yaşayın deyirik, ölməyin, arxanızca gözüyaşlı biri qalmasın. Ya da birisinin göz yaşlarına səbəb olmayın. Hər kəs bu həyatı ən gözəl şəkildə yaşamağa layiqdir. Bir qəza ilə bu həyatlar yarım qalmamalıdır. Sizdən həvəslənən gənclər tələm-tələsik ölümə qaçmamalıdırlar. Birinin yolda arxa-arxaya avtomobil idarə etməsi, başqa birinin qırmızı işıqdan keçməsi, digərinin isə avtomobili iki təkər üzərinə qaldırması azyaşlılarımıza maraqlı gəlir. Siz ölümə gedirsiz, onları da arxanıcza çəkirsiz. Anlayın artıq. Qayda-qanunlar bizlərin təhlükəsizliyi üçündür. Hansısa hərəkət iştirakçısının yolda qorxa-qorxa hərəkət etməsinə, hansısa piyadanın hər an məni maşın vura bilər deyə düşünməsinə və ya yol kəsişməsini keçən bir sürücünün hansısa qayda pozan məni vura bilər deyə narahat olmasına səbəb olmağa sizin haqqınız yoxdur. Qayda-qanunlara riayət edək. İlk öncə özümüzə təhlükəsiz cəmiyyət formalaşdıraq, daha sonra da gələcəyimiz olan yeniyetmələrə və körpələrə.

Nə düşünürsən?