Bu bank kartı olanlara sevindirici xəbər

  • 22.04.2020
  • 0

"Visa" beynəlxalq ödəniş sistemi müddəti başa çatmış kartlarla COVID-19 pandemiyası dövründə əməliyyat aparmaqla bağlı banklara, ticarət və xidmət müəssisələrinə təlimat verib. Sfera.az xəbər verir ki, "Visa”nın Qafqaz ölkələrindəki meneceri Kristina Dorioş bildirib ki, bu addım Azərbaycanda sözügedən kartların sahibləri üçün rahat ödəniş imkanlarını təmin etmək üçün atılır. "Pandemiya dövründə emitent banklara kartın müddəti bitdikdə belə əməliyyat aparmağı rədd etməməyi, bu əməliyyatlar üçün bank tərəfindən müvafiq parametrlərin qurulduğunu yoxlamağı tövsiyə edirik. Emitent bankının hostu açılırsa, əməliyyat ümumi qaydalarla, açılmaması halında isə "Visa" emitent bankın sorğusuna əsasən, ödəniş sistemində kartın müddətinin başa çatıb-çatmamasını yoxlayan sistemi söndürə bilər. Belə ki, müddəti başa çatmış "Visa" kartlarının sahibləri həmin kartla əməliyyat aparmağının mümkünlüyünü yoxlamaq üçün kartı buraxan banka müraciət etməlidirlər. Mövcud vəziyyətdə tərəfdaş banklara müddəti başa çatmış kartlarla əməliyyat aparmağın qaydasını xatırladırıq. Müddəti başa çatmış kartlarla əməliyyatları dəstəkləyəcəyik, bunun üçün banklara parametrləri dəyişdirməyi tösiyə edirik. Bu addım yeni kartlar hazırlayıb çatdırmaqla bağlı əlavə zəhmətdən xilas etməklə müştərilər üçün də rahatlığı təmin edəcək. Hazırda Azərbaycandakı emitent banklarla çalışmağa davam edir və məsələ ilə bağlı tərəfdaşlarımıza kömək üçün hər cür məsləhətlər verməyə hazırıq". (report)

Nə düşünürsən?