Evdən çıxmaq üçün bu qədər SMS göndərildi

  • 21.04.2020
  • 0

Aprel ayının 5-dən bu günə qədər 8103 qısa nömrəsinə icazə almaq üçün 16 milyon SMS göndərilib. Bu barədə məlumatı ''Xəzər Xəbər''ə Elektron Hökumətin İnkişaf Mərkəzinin direktoru Fariz Cəfərov deyib. Onun sözlərinə görə, bunlardan 11,5 milyonuna, yəni 72 faizinə müsbət cavab verilib və həmin SMS-i yazanlar yaşadıqları yeri 2 saatlıq tərk edə biliblər. Fariz Cəfərov deyib ki, əvvəlki günlərlə müqayisədə formata uyğun olmayan SMS göndərənlərin sayında ciddi azalma var. Qeyd edək ki, insanlar ən çox 2 kodu yazaraq, mağaza, aptek, poçt və banka getmək üçün icazə alırlar. Amma gün boyu SMS yazanlara imtinalar da az verilmir. Xatırladaq ki, ölkə ərazisində xüsusi karantin rejmi tətbiq olunduqdan sonra dövlət və özəl təşkilatlar tərəfindən əməkdaşların icazə alması ilə bağlı ''icaze.gov.az'' portalı üzərindən müraciətlər də çox olub. Elektron Hökumətin İnkişaf Mərkəzinin direktoru Fariz Cəfərovun sözlərinə görə, bu günə qədər 49 mindən çox təşkilat müraciət edib. Onu da bildirək ki, əmək müqaviləsi olan əcnəbi vətəndaşlar da həmin sayta daxil olmaqla xüsusi karantin müddətində işə gedib-gəlmək üçün icazə ala bilərlər. Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Nə düşünürsən?