"Evə gedirəm" portalı sabahdan istifadəyə verilir

  • 17.04.2020
  • 0

Koronavirus pandemiyası səbəbindən Azərbaycana gələ bilməyən soydaşlarımız üçün hazırlanan ''Eve gedirəm'' portalı sabahdan etibarən istifadəyə veriləcək. İlkin mərhələdə bu portala yalnız Rusiyada olanlar müraciət edə biləcəklər. Xezerxeber.az-ın məlumatına görə, bunu Azərbaycan XİN-in mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib. O bildirib ki, müraciət edənlər ölkəmizə mərhələlərlə gətiriləcəklər. Burada vətəndaşlar özlərinin sıra nömrələrini onlayn rejimdə görməklə yanaşı, bütövlükdə prosesi izləyə biləcəklər. Amma portala yalnız Rusiyanın internet şəbəkəsi vasitəsilə müraciət etmək mümkün olacaq. Yəni həmin şəxslərin yaxınları Azərbaycandan müraciət edə bilməyəcəklər. Müraciət edənlər yol xərclərini özləri qarşılayacaqlar. Azərbaycana gətirilən soydaşlarımız isə dövlət hesabına 14-21 gün müddətinə karantində saxlanacaqlar. Rusiyadan olan müraciətlərdən sonra digər ölkələrdə yaşayan soydaşlarımızın da vətənə qayıtmaları məsələsinə baxılacaq.

Nə düşünürsən?