Azərbaycanda karantin rejimi ilə bağlı qərar verildi - RƏSMİ

  • 15.04.2020
  • 0

Koronavirusla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın keçidiyi brifinqdə xüsusi karantin rejiminin uzadılacağı bildirilib.

Redaktor.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib:

"Karantin rejiminə əməl edilməməsi ikinci dalğanı yarada bilər. Araşdırmaların nəticələri göstərir ki, karantin tədbirləri laqeydliyə yol almamalıdır. Bu müddət ərzində zəruri bütün addımlar atılıb, ancaq heç kim arxayınlaşmamalıdır.

20 apreldən kontrollu şəkildə karantin rejimindən tədricən çıxmaqla bağlı müraciət edəcəyik. Amma karantin müddətinin uzadılmasına ehtiyac var. Bununla bağlı xüsusi qaydalar hazırlanaraq ictimaiyyətə açıqlanacaq".

Nə düşünürsən?