Virusdan ən az ölüm yenə də Almaniyadadır

  • 10.04.2020
  • 0

Ümumdünya Səhiyyə Təşkilatının statistikasına əsasən, artıq dünyanın 210 ölkəsində 1 605 277 nəfər koronavirusa yoluxub, 95 751-i ölüb. 

Azərbaycanda isə 816 nəfər aktiv koronavirus xəstəsi var və onlar xüsusi rejimli xəstəxanalara yerləşdirilib. Xəstələrdən 27-sinin vəziyyəti ağır, 35-nin orta ağır, digərlərinin isə stabildir. İndiyə kimi 9 nəfər virus səbəbindən həyatını itirib, 63 nəfər sağalaraq evinə geri dönüb.

ABŞ virusun yayılma sürətinə görə birinci yerdədir. Ölkədə 426 min aktiv  xəstə var. İtaliyada isə xəstəliyə görə ölənlərin sayı 18 mini ötüb. Artıq İspaniya da koronavirusa yoluxma sayına görə İtaliya və Çini qabaqlayıb. Ölkədə  indiyə kimi 153 min yoluxma halı qeyd olunub. Almaniyada 113 minə yaxın yoluxma faktı olsa da, ölüm sayı digər ölkələrə nisbətən xeyli aşağıdır: 2 607 ölüm.

Qonşu Türkiyədə yoluxma sayı artıq 43 minə yaxınlaşır. İranda artıq koronavirusdan sağalanların sayı aktiv xəstə sayını keçib. Ölkədə 32 min sağalmış, 29 min aktiv xəstə var.

“Qafqazinfo” qlobal pandemiya adlandırılan koronavirusun hazırda dünyada və ölkəmizdə yayılma sürəti ilə bağlı video hazırlayıb. 

Nə düşünürsən?