Sosial şəbəkə fenomeni rəqs edərkən ölümdən döndü

  • 10.04.2020
  • 0

Video çəkərkən sosial şəbəkə fenomeni Lele Ponsun başına bədbəxt hadisə gəlib.

Unikal.org xəbər verir ki, o, videoda rəqs edərkən arxaya gedib və şüşədən hazırlanmış qapıya çırpılıb. Yaşanan hadisədən sonra qapının şüşəsi qırılıb və 23 yaşlı Pons yerdə görüntülənib.

Təkcə "Instagram"da 12 milyondan çox insanın izlədiyi video sosial şəbəkədə böyük marağa səbəb olub. Bəziləri bu videonun öncədən planlaşdırılmış şəkildə lentə alındığını iddia edib.

Qeyd edək ki, Lele Ponsun "Instagram"da 40 milyondan, "TikTok"da isə 8 milyondan çox izləyicisi var.

Nə düşünürsən?