Həkimlərə məşhur filmlərdə istifadə olunmuş kostyumlar bağışlanıldı

  • 09.04.2020
  • 0

 İspaniyada həkimlərə filmlərdə və "Çernobıl” kimi məşhur seriallarda istifadə olunmuş kostyumlar ianə edilib.

"Biz bunun necə düzəldildiyini bilirik və emalatxanalarımızda xalatlar, maskalar, papaqlar və bu cür geyimlər hazırlanır”, - deyə filmlər üçün kostyum hazırlayan "Peris Costumes” kompaniyasının sahibi Havyer Toledo xəbər verib.

Onun sözlərinə görə, müdafiə vasitələri qocalar evi, xəstəxana və şəhər şuralarına paylanılıb.

Son məlumatlara görə, İspaniyada 152 446 nəfər koronavirusa yoluxub, 15 238 nəfər ölüb, 52 165 nəfər isə sağalıb.

Nə düşünürsən?