Prospektdə baş verən qəza tıxaca səbəb oldu

  • 09.04.2020
  • 0

Bakıda avtomobil həvəskarları Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin önündə bir araya gəliblər. Görüş zamanı bəzi avtomobil sürücüləri məhkəmə binasının önündəki yolda driftlər edib, əl əyləci vasitəsi ilə avtomobili yerində müxtəlif bucaqlar altında fırladaraq avtoxuliqanlıqlar ediblər. Bu azmış kimi gənclər bu əməllərini video qeydə alıb, sosial şəbəkələrdə paylaşıblar.

YPX.AZ-ın əldə etdiyi məlumata görə, hadisədən bir neçə gün sonra Nizami Rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat tədbirləri təşkil edilərək sözügedən ərazidə avtoxuliqanlıq edən beş avtomobil sürücüsündən dördü saxlanılıb. 

Belə ki, saxlanılan sürücülər barəsində sənədlər toplanılaraq məhkəməyə təqdim edilib, sürücülərin avtomobilləri isə duracağa təmin edilib. Məhkəmənin qərarı ilə 10 NK 501 dövlət qeydiyyat nişanlı “Lada NİVA”, 90 XL 079 və 60 BO 465 dövlət qeydiyyat nişanlı “VAZ 2107” və digər “Lada NİVA” markalı avtomobillərin sürücüləri, sürücülük hüququndan məhrum edilərək inzibati qaydada 15 gün müddətinə həbs ediliblər. 99 LM 052 dövlət qeydiyyat nişanlı “BMW” markalı avtomobilin sürücüsü isə axtarışdadır.

 

Nə düşünürsən?