İmişlidə güclü yanğın baş verdi

  • 09.04.2020
  • 0

İmişlidə fərdi yaşayış evində yanğın baş verib, bir nəfər xəsarət alıb.

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonun Aranlı kəndində qeydə alınıb. Kənd sakini Bəhrəm Mədətova məxsus iki mərtəbəli evdə baş verən yanğın anidən güclənərək evi bürüyüb. 

Hadisə zamanı ev sahibinin oğlu,  1989-cu il  təvəllüdlü İbrahim Mədətov yanıq xəsarəti alaraq xəstəxanaya yerləşdirilib. 

Yanğın nəticəsində  evin  dam örtüyü, ikinci mərtəbənin yanar konstruksiyaları və içərisindəki əşyalar 100 kvadratmetr sahədə yanıb.  

Hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları evin qalan hissəsini yanğından mühafizə edərək alovu söndürüblər. 
Hadisənin qaz sızmasından baş verdiyi bildirilir. 

Faktla bağlı araşdırma aparılır.

Nə düşünürsən?