Polis əlil arabası ilə qaçan kişini təqib edib

  • 09.04.2020
  • 0

Rostovda yol patrul xidməti əməkdaşı, yol kənarı ilə hərəkət edən əlil arabalı şəxsi təqib edib. O, qaçmağa çalışsa da, polis onu tutub.

YPX.AZ xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan verilən məlumata görə, həmin şəxs yol hərəkəti qaydalarını pozmaqla yanaşı, öz həyatını da təhlükəyə atıb. Onu, şəxsiyyətini müəyyənləşdirmək üçün polis bölməsinə aparıblar və daha sonra qayda pozduğu üçün ona protokol tərtib edilib. 

Hadisənin hərəkət iştirakçılarından biri tərəfindən çəkilən görüntüləri sosial şəbəkədə paylaşılıb. Videonu şərh edərkən bildirilib ki, o, bir neçə ildir ki, sürücülərdən pul dilənirmiş.

Həmin təqib videosunu sizlərə təqdim edirik:

 

Nə düşünürsən?