Türkiyəli professoru canlı efirdə yatdı

  • 09.04.2020
  • 0

Türkiyənin dünyaca məşhur professoru Cəlal Şəngör canlı yayımda yatıb.

Cebhe.info xəbər verir ki, türkiyəli professor Cəlal Şəngör ilə tarixçi alim İlber Ortaylı jurnalist Fatih Altaylının aparıcı olduğu “Təkə-tək” verilişinin qonağı olublar.

Proqramın gedişində tarixçi alim İ. Ortaylının “virusların tarixi” mövzusunda çıxışı zamanı professor Cəlal Şəngör yuxuya gedib. Bu zaman Fatih Altaylı səssizliyi pozaraq İlber Ortaylıya “İlber abi bir nöqtə qoy, Cəlal yuxlayacaq indi” - ifadələrini işlədib.

İlber Ortaylının da cavab olaraq “Bəli, mən burada saxlayım istərsəniz, çünki çox uzandı” - sözlərinin ardından Cəlal Şəngör “Hocam siz danışın, mən sizi çox maraqla izləyirəm”, - deyə cavab verib.

Cəlal Şəngörün yuxuya getməsini aparıcı və İlber Ortaylı xoş təbəssümlə qarşılayıb.

Nə düşünürsən?