Azərbaycanlı vəzifəli şəxs koronavirusa yoluxdu

  • 09.04.2020
  • 0

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri, Ukrayna Millətlər Assambleyasının rəhbəri Rövşən Tağıyev koronavirusa yoluxub.
Yenilik.az xəbər verir ki, bu barədə REAL-a diaspor nümayəndəsi özü məlumat verib.
Rövşən Tağıyevin sözlərinə görə, o özündə koronavirusun simptomlarını müşahidə etdiyi üçün xüsusi xəstəxanaların birində koronavirusla bağlı analiz verib və evə qayıdıb. 
Diaspor təşkilatının sədri qeyd edib ki, o, evdə müalicə alır və özünütəcrid qaydalarına əməl edir.
Rövşən Tağıyev əhaliyə xüsusi karantin rejiminin qaydalarına əməl etməyi tövsiyə edib. O, insanları evdən çölə çıxmamağa çağırıb.
Qeyd edək ki, Rövşən Tağıyev özündə bir neçə gün əvvəl halsızlıq və mədə ağrısı hiss edib. Bundan sonra o, xəstəxanada test verib. Onun verdiyi testin nəticəsi pozitiv çıxıb.

Nə düşünürsən?