Karantinin bitməsini bu cür qeyd etdilər

  • 09.04.2020
  • 0

Çinin Uhan şəhərində meydana gələn və qısa zamanda dünyaya yayılan koronavirus xəstəliyinin Çində başa çatması əhalinin sevincinə səbəb olub.

Unikal.org xəbər verir ki, Uhanda karantin rejiminin bitməsinə görə, 76 gün səssizliyə qərq olan şəhər işıqlı şou ilə fəaliyyətinə qaldığı yerdən davam edib.

Qeyd edək ki, Uhan şəhərinin 11 milyon sakini ölkədə sərbəst hərəkət etmə imkanını bərpa edib. Çin hakimiyyəti tərəfindən şəhərdə nəqliyyat əlaqələri əvvəlki halına qaytarılıb. Müəssisələrin əksəriyyəti işə başlayıb.

Nə düşünürsən?