Azərbaycan Ordusunda snayperlərin hazırlığı yoxlanılır

  • 09.04.2020
  • 0

Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq şəxsi heyətin döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə snayperlərin hazırlığı yoxlanılır. Bu barədə 7news.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Snayper qrupları böyük məsafələrə yürüş, əlverişli mövqelərin tutulması, mövqelərin maskalanması, ərazi kəşfinin aparılması, yanlış snayper mövqelərinin qurulması, müxtəlif məsafələrdəki hədəflərə fərdi və qrup halında atışlar icra edirlər.

Nə düşünürsən?