Türkiyədə koronavirusdan ölənlərin sayı kəskin artdı

  • 09.04.2020
  • 0

Türkiyədə son sutka ərzində koronavirusdan (COVID-19) 87 nəfər ölüb. Bundan başqa, daha 4 117 nəfərdə yoluxma faktı aşkarlanıb.

KONKRET.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca özünün sosial media hesabında yazıb.

Bununla da Türkiyədə koronavirusdan vəfat edənlərin sayı 812 nəfərə çatıb. Ümumilikdə  38 226 nəfər bu infeksiyaya yoluxub. Onlardan 1846 nəfər müalicə alaraq evinə buraxılıb.

Nə düşünürsən?