İcra Hakimiyyətinin təşəbbüsünə iş adamı da qoşuldu

  • 08.04.2020
  • 0

 Bəşəri dövlətlərin belə iqtisadiyyatına mənfi təsirini göstərən koronavirus epidemiyası kritik səviyyəsini hələ də saxlamaqdadır. Dünya ölkələri ilə yanaşı Azərbaycanda da virusa qarşı dövlət tərəfindən bir sıra önəmli addımlar atılır, gücləndirilmiş mübarizə tədbirləri davam etdirilir. Bu istiqamətdə dövlətə dəstək məqsədilə tənha yaşayan ahıl şəxslər, aztəminatlı ailələr üçün nəzərdə  tutulan yardım kampaniyalarına iş adamları, sahibkarlar da qoşulur.

Bu dəfə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun təşəbbüsü ilə başladılan aksiyaya iş adamı Zəfər Məmmədov qoşulub. O, ehtiyac içində yaşayan ailələrlə yanaşı, yaşı 65-dən yuxarı təhna ahıl şəxsləri də ərzaqla tam təmin edib. Bununla da 200-ə yaxın ailəyə yardım paylanılıb. Bu sayın artacağı isə istisna olunmur.

Qeyd edək ki, Niyazi Bayramovun başlatdığı kampaniyanı davam etdirən iş adamı Zəfər Məmmədov öz növbəsində sahibkarlara, biznesmenlərə də dəstək çağırışı edib.

Nə düşünürsən?