Ümumdünya Səhiyyə Təşkilatının rəhbərindən sensasion açıqlama

  • 08.04.2020
  • 0

Koronavirus həm də Ümumdünya Səhiyyə Təşkilatının nüfuzuna böyük zərbə vurdu.
Quruma inam xeyli azalıb. ABŞ prezidenti Donald Tramp təşkilatın eritreyalı rəhbəri Tedros Qebreisusu tənqid edib.

Bizimyol.info xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri ölümlə hədələndiyini söyləyib. “İnsan olan hər kəs səhv edir. Ümumdünya Səhiyyə Təşkilatının da səhvləri olub. Biz mələk deyilik. Hər gün təhdid mesajları alıram. Məni öldürməklə hədələyirlər. Açığı, heç vecimə deyil”.

Ümumdünya Səhiyyə Təşkilatınn 8-ci baş direktoru 2017-ci ildən bu vəzifədədir. Bir çox mükafatlar alsa da, adətən, haqqında mənfi rəy eşidilir. Qebreisusun korrupsiyada ittiham olunması da dünya mətbuatında yer alıb.

Nə düşünürsən?