Acun Ilıcalı Pərviz Abdullayevin yarışdan getməsi ilə bağlı danışdı

  • 08.04.2020
  • 0

Türkiyənin "TV8" kanalında yayımlanan məşhur "Survivor" yarışmasının dünənki buraxılışında həmyerlimiz, "Kobra" ləqəbli kikboksinq üzrə idmançımız Pərviz Abdullayev şounu tərk edib.

Offsideplus.az xəbər verir ki, Pərviz ən az səs topladığına görə, yarışı tərk etməli olub. Bu gün layihə rəhbəri və verilişin aparıcısı Acun Ilıcalı şəxsi "instagram" hesabında canlı yayım açıb və giriş nitqində Pərviz Abdullayev haqda danışıb. O bildirib ki, Pərviz çox güclü oyunçu idi, ancaq bu yarışmada təmkinlə mübarizə aparmaq və oyun udmaq işə yaramır:

"Pərviz çox güclü idi. Ancaq bu yarışda təmkinlə mübarizə aparmaq və oynamaq işə yaramır. Lazım olan vaxtlarda xarakter nümayiş etdirmək lazımdır, O biraz passiv idi deyə yarışdan kənarda qaldı"

Nə düşünürsən?