Türkiyəli professordan tarixi uğur

  • 08.04.2020
  • 0

Türkiyənin Ərciyəs Universiteti Peyvənd Araşdırma Mərkəzinin (ERAGEM) müdiri Aykut Özdarendeli və komandası koronavirus hüceyrəsini Bioloji Təhlükəsizlik Səviyyəsi 3 (BSL 3) laboratoriya şəraitində izolyasiya etməyi bacarıb.

Professor məsələ ilə bağlı verdiyi açıqlamada virusun izolyasiya edilməsi və hüceyrə sisteminə adaptasiya olunmasının Kovid-19-un biologiyasının, patogenezinin ortaya qoyulmasında əhəmiyyətli rol oynadığını bildirib.

Eyni zamanda, bu iş koronavirusa qarşı peyvənd hazırlığına yaxından kömək edəcək.

Qeyd edək ki, Aykut Özdarendeli və komandası 2015-ci ildə Krım-Konqo qanamalı qızdırma peyvəndinin insanlar üzərində sınaqdan keçirilməsində uğur əldə etmiş və epidemiyanın qarşısının alınmasında əhəmiyyətli rol oynamışdı./publika.az

Nə düşünürsən?